“Şahdəniz” yatağından 85 milyard kubmetrdən çox təbii qaz ötürülüb
2021-12-22 18:05
Türkiyənin qaz bazarına 2007-ci ildən indiyə kimi “Şahdəniz” yatağından 85 milyard kubmetrdən çox təbii qaz ötürülüb. Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda Azərbaycanın Türkiyədəki sərmayəsinin 19 milyard dollardan çox olduğunu da bildirib. "Ancaq qardaş ölkəyə bu qədər vəsait, investisiya qoyula bilər”, - deyə nazir sözlərinə əlavə edib. Növbəti Enerji Forumu Türkiyədə keçiriləcək.
Vüsalə camal