Canlı
“Şahdəniz”in ikinci mərhələsində hasilat iki dəfəyə yaxın artırılacaq

"Şahdəniz"də illik təbii qaz hasilatı 9 mlrd. kubmetrə çatır. Yatağın işlənməsinin ikinci mərhələsində isə bu göstərici 16 mlrd. kubmetrə çatdırılacaq. SOCAR prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017"-də deyib ki, hazırda bu qazın 6 mlrd. kubmetri Türkiyəyə, digər 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

Vəfa Şairova