“Şəms” şadlıq sarayında pandemiya dövrü tələblərinin pozulduğu aşkar edib
2021-11-10 16:10
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncənin Məhrəsə bağı qəsəbəsində Məmmədova Gülüzar Şahmar qızına məxsus “Şəms” şadlıq sarayında pandemiya dövrü tələblərinin pozulduğu aşkar edib. Müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Saatlının Fətəlikənd kəndində gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb. Obyektin icarədarı O.Kikinadze vəmüştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Nərgiz camal