“Ölkəmiz inkişaf etdikcə digər regionlarla güclü iqtisadi bağlantı üçün qarşımızda yeni çağırışlar durur”
Ölkəmiz inkişaf etdikcə Xəzəryanı qonşu ölkələrlə və digər regionlarla güclü iqtisadi bağlantı üçün qarşımızda yeni çağırışlar durur. Bu baxımdan Asiya İnkişaf Bankı ilə mövcud səmərəli əməkdaşlığın davamı məqsədilə yeni istiqamətlər müəyyənləşdirilməlidir. Bunu Prezident İlham Əliyev Bankın prezidenti Masatsuqu Asakavanı qəbulu zamanı deyib. Dövlət başçısı azad olunmuş ərazilərdə 270 meqavata qədər hidroenerji potensialının yaradıldığını, bunun 500 meqavata qədər artırılması imkanlarının müzakirə edildiyini diqqətə çatdırıb.
Vüsalə Cənnətova