Canlı
“Çelenc Cup”ın 1/16 final mərhələsində “Lokomotiv” “Fonte Bastrado” klubunu qəbul edəcək

2017-12-07 / 16:08

Bu gün kişi voleybolçular arasında “Çelenc Cup”da 1/16 final mərhələsinin ilk görüşləri başa çatacaq. Azərbaycan çempionu “Lokomotiv” Portuqaliyanın “Fonte Bastrado” klubunu qəbul edəcək. Birinci mərhələdə Kiprin “Apoel” komandasını mübarizədən kənarlaşdıran “dəmiryolçular” Azor adaları təmsilçisinə də eyni aqibəti yaşatmaq arzusundadılar. Qarşılaşma saat 18-də başlayacaq.

Vüsalə Camal