Əvvəllər məhkum olunmuş şəxsdən Kalaşnikov avtomatı götürülüb
2021-01-08 14:04
Abşeronda yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən əvvəllər məhkum olunmuş Mais İsmayılov saxlanılıb. Onun evinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. O, odlu silah-sursatı 2 ay əvvəl tapdığını, satmaq məqsədi ilə evində gizlətdiyini bildirib.
Vüsalə camal