Əsgər yolasalmasından qayıdan sakinlər zəhərlənib
Cəlilabadda aralarında uşaqların da olduğu 10 nəfər sakin zəhərlənmə diaqnozu ilə xəstəxanaya hospitalizasiya olunub.İlkin məlumata görə, həmin şəxslər Biləsuvada əsgər yolasalma mərasimində iştirak ediblər. Ailə üzvləri evə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.Onların qonaqlıqda qəbul etdikləri qidadan zəhərləndikləri ehtimal olunur.
30 sentyabr 2026

