Ərdoğan Türk dövlətlərini müdafiə sənayesində əməkdaşlığı genişləndirməyə çağırıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Ərdoğan bildirib ki, regionda baş verən münaqişələr Türk dövlətlərinin müdafiə qabiliyyətinin gücləndirilməsini zəruri edir. O qeyd edib ki, Türkiyə bu sahədəki təcrübəsini TDT üzvü olan ölkələrlə bölüşməyə hazırdır. Türkiyə Prezidenti həmçinin “TDT+” formatının tezliklə işə salınmasını dəstəklədiyini bildirib və Orta Dəhlizin Türk dünyası üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.
15 may 2026

