Canlı
Ərdoğan ilk xarici səfərini azərbaycana edib

2018-07-10 / 16:12

Azərbaycana rəsmi səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Daha sonra hər iki dövlət başçısının təkbətək görüşü keçirilib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olunub. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Vəfa Şairova