Ən yaxşı driblinqə malik futbolçunun adı açıqlanıb
2020-07-28 14:09
Futbol üzrə İspaniya La Liqasında 2019/2020 mövsümünün ən yaxşı driblinqə malik futbolçusunun adı açıqlanıb.Geridə qalan çempionatda 182 uğurlu driblinq edən "Barselona"nın kapitanı Lionel Messi bütün rəqiblərini qabaqlayıb. Argentinalı hücumçu son 10 ildə ardıcıl 6-cı dəfə bu göstəricidə qalib olub.
Vüsalə Camal