Ən bahalı futbolçuların adları açıqlanıb

2019-06-14 10:07

“Pari Sen-Jermen”in hücumçusu Kilian Mbappe dünyanın ən bahalı futbolçuları siyahısında ilk pillədə qərarlaşıb. Onun dəyəri 252 milyon avro təşkil edir. İkinci yerdə 219 milyon avro ilə “Liverpul”un forvardı Məhəmməd Salah, üçüncü sırada isə 207 milyon avro transfer qiymətiylə “Mançester Siti”nin yarımmüdafiəçisi Rahim Sterlinq qərarlaşıb.

Vəfa Şairova