Ən çox qol vuran futbolçuların adları açıqlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2023-cü ildə bütün turnirlərdə ən çox qol vuran futbolçuların adlarını açıqlayıb. Siyahıya 14 qolla “Mançester Yunayted”in hücumçusu Markus Reşford başçılıq edir. Onu 11 topla İtaliya “Napoli”sinin üzvü Viktor Osimxen izləyir. 3-cü yeri 10 dəqiq zərbə ilə 6 futbolçu bölüşdürür. Onların arasında Madrid Realından Kərim Benzema, eyni zaman Fənərbağçadan Ener Valensiya da var.
Nərgiz Camalzadə