2020-11-10 14:00
"Öz ərazilərini erməni işğalından azad edən Azərbaycan qalibdir və qoy bu, Ermənistana dərs olsun. Öz əməllərinin bədəlini ödəmək vaxtı gəldi və Ermənistan bunun bədəlini ödədi". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. “Təxminən 30 ildir işğal altında olan torpaqlarını geri almaq, Ermənistanın barbar hücumlarına son qoymaq üçün haqlı mübarizə aparan və bu mübarizəni üzüağ, alnıaçıq şəkildə başa çatdıran Azərbaycan Türkü qardaşlarımızın zəfərini təbrik edirik. İşğal altındakı bütün torpaqlarının Azərbaycana qaytarılması, bölgədə sülh və sabitlik mühitinin yenidən təmin olunması müddətində də can azərbaycanlı qardaşlarımızla tək ürək olmağa davam edəcəyik”. Bunu isə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
Fərid Mehdiyev