Əməliyyat hərbi hissələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlimlər keçirilib
2021-06-10 16:00
Əməliyyat hərbi hissələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlimlər keçirilib. Komandolar əməliyyat rayonunun dərinliyinə sızaraq müvəqqəti sığınacaqların mühasirəyə alınması və şərti düşmənin zərərsizləşdirilməsi tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər. Məqsəd şəxsi heyətin dağlıq ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Komando bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
Fərid Mehdiyev