Canlı
Əməkdar məşqçi Çingiz Piriverdiyev vəfat edib

2018-06-12 / 16:12

Gəncə idmanına ağır itki üz verib. Tanınmış mütəxəssis, əməkdar məşqçi Çingiz Piriverdiyev ömrünün 68-ci ilində uzunsürən ağır xəstəlikdən sonra vəfat edib. Gəncə boks məktəbinin inkişafında yorulmaz əmək sərf edən Çingiz müəllim 10-larla dəri əlcək ustası yetişdirib. Onun tələbələri respublika, ümumittifaq və beynəlxalq miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil edərək mükafatlar qazanıb.

Fərid Mehdiyev