Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 15 növdə e-arayış xidmətini istifadəyə verəcək

2020-01-13 12:00

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi və xidmətlərin sayının 30-a çatdırılması nəzərdə tutulur. E-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox insanın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları rahat şəkildə əldə etməsinə imkan verir.

Vəfa Şairova