Əmək pensiyaçılarına 200 manat məbləğində maddi yardım ödəniləcək
2021-02-08 14:00
Prezident İlham Əliyev “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi təmin ediləcək.
Nərgiz camal