Əliyar Ağayev Yunanıstan liqasında prinsipial oyunu idarə edəcək
2021-06-09 12:07
Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının pley-off oyununa təyinat alıb. 35 yaşlı ədalət təmsilçisi çempionatda qalmaq uğrunda "Veriya" və "Lamiya" arasındakı ilk final qarşılaşmasının baş hakimi olacaq. Matç iyunun 11-də baş tutacaq.
Nərgiz camal