Əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaq veriləcək

2019-11-01 18:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısının və əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydasının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərar layihəsini hazırlayıb. Layihədə əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına yeni 23 növ reabilitasiya vasitəsi də əlavə edilib. Tibbi göstəriş olduğu halda əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaq verilməsi də nəzərdə tutulub.

Vəfa Şairova