Əlillik müddəti başa çatanlar iyunda yenidən müraciət edə bilərlər
2020-04-22 16:05
Pandemiya ilə əlaqədar ölkədəki karantin rejimi mayın 4-dən ləğv edilərsə, əlillik müddəti başa çatan şəxslər iyun ayında yenidən əlilliyin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisələrinə müraciət edə biləcəklər. Həmin şəxslər üçün əlilliyin müddəti mayın sonunadək uzadılacaq və may ayı üçün ödənişlər həyata keçiriləcək.
Vüsalə Camal