Canlı
Əlillərin sosial müavinətinin artırılması ilə bağlı növbəti ildə də işlər görüləcək

2018-11-08 / 13:55

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev növbəti ildə əlillərin pensiyasının artımı ilə bağlı sualı cavablandırıb. Bildirib ki, pensiya fərdi şəxsə hesabda toplanılan məbləğdən asılı olaraq təyin edilir: Burada sığorta prinsipləri nəzərə alınmalıdır. Nazir müavini vurğulayıb ki, əlillərin sosial müavinətinin artırılması ilə bağlı növbəti ildə də işlər görüləcək. Onların məbləği kapitaldan asılı deyil, fiks rəqəmlə ifadə olunur. Biz həmin vəsaitin artırılması ilə bağlı ciddi addım atacağıq”.

Ruhəngiz Hacızadə