Canlı
Əlil şəxslərə hər ay 91 milyon manata yaxın vəsait ödənilir

2018-04-16 / 12:03

Cari ilin əvvəlinə əlilliyi olan şəxslərə Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları vasitəsilə hər ay 90,7 mln. manat vəsait ödənilir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazirin sözlərinə görə, ötən 15 ildə ölkədə bərpa-müalicə şəbəkəsinin əhəmiyyətli şəkildə genişləndirilməsi təmin olunub. Ötən il ilkin əlillik təyin olunanların sayı əvvəlki illə müqayisədə 31 faiz azalıb.

Ruhəngiz Hacızadə