Əli Əsədov sürücülərlə bağlı Qərar imzalayıb
Sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair hazırlıqlarının, habelə taksi sürücülərinin etik davranış və hazırlıqlarının qiymətləndirilməsinin aparılmasına görə haqqın məbləği 35 manat müəyyən edilib. Qərar 1 iyuldan əvvəl xüsusi hazırlıq keçən şəxslərə şamil edilmir. Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Fərid Mehdiyev