Əli Əsədov: Azərbaycan-Ermənistan sülh razılaşmaları region üçün tarixi əhəmiyyət daşıyır
Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi üzrə əldə edilmiş razılaşmalar regionda davamlı əməkdaşlığın təmin olunması baxımından tarixi əhəmiyyət kəsb edir. Bu sözləri Azərbaycanın Baş naziri Əli Əsədov 5-ci Tbilisi Beynəlxalq İpək Yolu Forumundakı çıxışı zamanı söyləyib. O bildirib ki, Vaşinqton razılaşmalarına əsasən Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında açılacaq yeni marşrut regionun tranzit imkanlarını genişləndirəcək. Baş nazir əlavə edib ki, Azərbaycan Ermənistan istiqamətində yük tranzitində məhdudiyyətləri aradan qaldırıb və Qazaxıstan taxılının üzərimizdən Ermənistana daşınması sülhün real həyatda tətbiqinə yönəlmiş ilk praktiki addımdır.