Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
2021-03-03 18:10
Azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün Əlaqələndirmə Qərargahının 4-cü iclası keçirilib. İclasda sözü gedən ərazilərdə həlledici əhəmiyyət kəsb edən minalardan təmizləmə, ölkə vətəndaşlarının qayıdışı, enerji təminatı və xüsusilə də “Yaşıl enerji” məsələləri, şəhərsalma və nəqliyyat infrastrukturunun inkişafı üçün qısa və uzunmüddətli planlar, “Ağıllı kənd” konsepsiyasının tətbiqi üzrə məruzələr dinlənilib və müvafiq təlimatlar verilib.
Nərgiz camal