Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb
Prezident Administrasiyasının və işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb.Qərargahın üzvləri əvvəlcə Ağdərə rayonunun Çaylı kəndində salınmış intensiv meyvə bağına baxış keçiriblər.Bu gün, həmçinin Əlaqələndirmə Qərargahının növbəti iclasının keçirilməsi və bir sıra müəssisələrə səfərlərin təşkili nəzərdə tutulub.
17 iyun 2026

