Əlaqələndirmə Qərargahı əhalinin azad edilmiş ərazilərə qayıdışını müzakirə edib
Prezident Administrasiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın ikiillik fəaliyyətinin yekunlarına həsr olunan iclas keçirilib. İclasda əhalinin azad edilmiş ərazilərə qayıdışı müzakirə edilib. Qərargahın ötən ikiillik fəaliyyətinin nəticələrindən irəli gələrək, keyfiyyət, səmərəlilik, operativlik və dayanıqlılıq prinsiplərinin daim rəhbər tutulmasının, hər bir layihə ilə bağlı hərtərəfli planlaşdırma, proqnozlaşdırma və risklərin qiymətləndirilməsi işinin aparılmasının əhəmiyyəti vurğulanıb.