Əlahiddə Ümumqoşun Orduda toplantı keçirilib, zabitlərin bacarıqları yoxlanılıb
Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində toplantı keçirilib. Toplantıda əsas diqqət taktiki, kəşfiyyat, atəş, fiziki və sıra hazırlığından məşğələlərin planlaşdırılaraq keçirilməsinə yönəldilib. Yekunda toplantının təhlili aparılaraq zabitlərə tabelikdə olan heyətin döyüş hazırlığının və peşəkarlıq səviyyəsinin daha da artırılması, keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi barədə tapşırıqlar verilib.
Fərid Mehdiyev