Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar
2021-10-02 10:12
Bir il öncə, senyabrın 27-i başlayan Vətən müharibəsinin 6-ci günü də Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını cəbhənin bütün istiqamətlərində uğurla davam etdirib. Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəkliklər ermənilərdən azad edilib. Cəbrayıl-Füzuli istiqamətində işğalçı qüvvələr geri çəkilməyə məcbur edilib. Murov dağı istiqamətində də əməliyyat şəraiti tam nəzarətə götürülüb. Ermənilərin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti, xeyli sayda şəxsi heyəti məhv edilib. Dayaq məntəqəsinə silah-sursat çatdıran texnikaları sıradan çıxarılıb. Desant həmlə taborunun hava endirim komanda birliyinin döyüş bayrağı ələ keçirilib.
Nərgiz camal