Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib
2020-09-25 14:05
Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib. Dünyanın qabaqcıl istehsalçılarının və ölkəmizin milli müdafiə sənayesinin istehsalı olan yüngül mühafizə vasitələri nümayiş etdirilib. Yarış ştatdankənar kimya manqalarının şəxsi heyətinin taktiki-xüsusi və kütləvi qırğın silahlarından qorunma hazırlığı üzrə nəzəri biliklərinin və praktiki bacarıqlarının yoxlanılması məqsədilə baş tutub. Yarışda kütləvi qırğın silahlarından mühafizə üzrə normativlər yerinə yetirilib və nəzəri biliklərdən məqbullar götürülüb. Sonda qaliblər mükafatlandırılıb.
Nərgiz Camal