Canlı
Əhaliyə xəbərdarlıq – dünəndən başlayan geomaqnit qasırğası sabah da davam edəcək

Dünəndən etibarən növbəti geomaqnit qasırğası başlayıb. Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, sabah da geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır. Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan - xroniki ürək-qan-damar xəstəliklərindən əziyyət çəkənlər, ahıllar, eyni zamanda uşaqlar gərginlikdən qaçmalıdırlar.

Ruhəngiz Hacızadə