2020-06-05 18:06
Son olaraq xatırladırıq ki, iyunun 6-sı gecə saat 12-dən 8 iyun səhər saat 6-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq. Əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir. Sakinlər olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər. Fəaliyyətinə icazə verilən sahələrdə işləyənlərin və xidməti avtomobillərin hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə yol veriləcək. Eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcək. Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunvericiliyə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.
Fərid Mehdiyev