Canlı
Əfv Komissiyası 1000-dək müraciətə baxıb

2018-05-15 / 18:07

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib. Komissiyanın indiyədək keçirilən iclaslarında 1000-dək müraciətə baxılıb. Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Vüsalə Camal