Canlı
Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib

2018-04-13 / 18:03

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, dövlətimizin başçısını prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn də İlham Əliyevə yenidən Azərbaycan Prezidenti seçilməsi münasibəti ilə təbrik ünvanlayıb.

Vüsalə Camal