Əcnəbi vətəndaşların müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi prosesi həyata keçirilib
Dövlət hesabına təhsil alması üçün əcnəbi vətəndaşların müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi prosesi həyata keçirilib. Elm və Təhsil Nazirliyindən bildirilib ki, təhsil qrantı proqramları çərçivəsində 87 nəfərin müraciəti dəyərləndirilib. Əcnəbi tələbələrin qəbul prosesi üçün son tarix 30 sentyabrdır.