Əbu-Dabidə üzgüçülük üzrə dünya çempionatına start verilib
2021-12-16 12:12
Əbu-Dabidə üzgüçülük üzrə dünya çempionatına start verilib. Azərbaycanı yarışda 4 idmançı - Ramil Vəlizadə, Rəşad Alquliyev, Fatimə Alkərəmova və Məryəm Şeyxəlizadəxangah təmsil edir. Alkərəmova 200 metr məsafəyə sərbəst üsulla üzmədə 39-cu pillədə qərarlaşaraq finala yüksələ bilməyib. O, 400 metr məsafəyə üzmədə də qüvvəsini sınayacaq.
Vüsalə camal