Ə.Ələkbərov: “Biz Qərbi Azərbaycana dinc şəkildə qayıdacağıq”
“Qəti şəkildə elan etmişik ki, biz Qərbi Azərbaycana dinc şəkildə qayıdacağıq. Ora qayıdacaq insanların təhlükəsizliyinə tam zəmanət alındıqdan sonra qayıdış olacaq”. Bunu, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov deyib. İcma sədri bildirib ki, Ermənistan vətəndaşlarının malik olduğu bütün hüquqlar bizim soydaşlarımıza da şamil olunmalıdır. "Ermənistanın bütün dövlət strukturlarında soydaşlarımızın tamhüquqlu vətəndaş kimi iştirak etmək üçün hər cür şərait yaradılmalı, sosial və iş problemlərinin həlli, dövlət işlərində təmsil olunmaq haqqı təmin olunmalıdır”. Sitatın sonu.
Fərid Mehdiyev