Şura: Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib
Media və Yayım Şurası Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı yeni məhdudiyyətin tətbiq edildiyi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.Şuradan bildirilib ki, din xadimlərinin dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda peşəkar dini fəaliyyətlərinin dayandırılması tələbi əvvəldən “Dini etiqad azadlığı haqqında” qanunda mövcud olub. Dövlət Qulluğu Məcəlləsinin müvafiq maddəsi isə bu hüquqi normanı sistemləşdirir.Müddəa vətəndaşların dini mənsubiyyətinə və ya dini təhsilinə deyil, yalnız peşəkar dini fəaliyyətlə məşğul olan şəxslərin statusuna aiddir.
17 noyabr 2026

