Şuşaya yeni yol 17 km-ə qədər qısalacaq

2020-01-18 14:05

Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi Füzuli şəhərindən başlayaraq yeni trassa üzrə hazırlanan layihə əsasında aparılır. Yol iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa ediləcək. Çətin relyefə malik olan ərazilərdə, dolaylarda tikiləcək körpü və tunellər hesabına yolun uzunluğu 17 km-ə qədər qısalaraq 84.6 km təşkil edir. Yeni Füzuli-Şuşa avtomobil yolunun 4-6 hərəkət zolağından ibarət olması nəzərdə tutulur. Avtomobil yolu Füzuli Hava Limanı yaxınlığından keçdiyi üçün 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da nəzərdə tutulur. Layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik yolun çəkilməsi də daxil edilib. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçəcək yolun inşaasının bu ilin sonu, növbəti ilin əvvəlinədək yekunlaşdırılması nəzərdə tutulur.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik