Şuşaya yüksəkgərginlikli elektrik xətti çəkilir
2020-12-25 12:04
Füzulidəki “Şükürbəyli” yarımstansiyası yenidən qurulmaqla yanaşı, enerjiötürmə qabiliyyəti artırılır. "Azərenerji"dən o da bildirilib ki, Şuşa şəhərinin ölkənin ümumi enerji sisteminə qoşulması və şəhərin dayanıqlı enerji ilə təchiz edilməsi üçün Füzulidən Şuşaya 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir və yaxın müddətdə istismara veriləcək. Şuşada tikilməkdə olan yeni yarımstansiyada işlər başa çatan kimi xətt açılaraq ora montaj ediləcək.
Nərgiz Camal