Şuşaya işləməyə gedən şəxslər qəzaya düşüblər
Gəncə və Qazax sakinləri avtomobil qəzasında xəsarət alıblar. Minik avtomobilinin traktorla toqquşması nəticəsində Şuşaya işləməyə gedən şəxslər xəstəxanaya yerləşdirilib. Hər ikisinin vəziyyəti kafi qiymətləndirilir.
Ağdamın Təzəkənd kəndində minik avtomobilinin idarəetmədən çıxması nəticəsində 1988-ci təvəllüdlü Rövşən Aslanov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hər iki fakt araşdırılır.
Fərid Mehdiyev