Şuşaya avtobus reyslərinin sayı artırılır
2021-01-31 18:05
Fevralın 16-dan Bakı – Şuşa – Bakı istiqamətində həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək. Daha bir yenilik isə ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyətinin aradan qaldırılmasıdır. Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.
Fərid Mehdiyev