Şuşaya 2,6 km uzunluğunda təzyiqli su kəmərinin çəkilməsi planlaşdırılır
2021-04-21 12:05
Şuşa işğaldan azad olunduqdan sonra şəhəri su ilə təmin edən Kiçik Kirs və Zarıslı mənbələrinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib, magistral kəmərlərdə və su anbarlarında təmir-bərpa işləri həyata keçirilib. Alternativ mənbə kimi Zarıslı çayının su ehtiyatlarından istifadə olunması da nəzərdə tutulur. Suyun şəhərə nəqli məqsədilə nasos stansiyasının və 2,6 km uzunluğunda təzyiqli su kəmərinin inşası planlaşdırılır.
Nərgiz camal