Şuşadakı məscidlərin bəzisi muzey kimi fəaliyyət göstərə bilər
"Şuşada olan məscidlər əsasən aidiyyəti üzrə fəaliyyət göstərəcək. Elə məscidlər var ki, onlardan muzey kimi də istifadə etmək mümkündür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının sözlərinə görə, azad edilmiş ərazilərdəki məscidlər fəaliyyətini tam bərpa etdikdən sonra ianələrlə bağlı müəyyən tədbirlər görüləcək. Şuşadakı Qazançı və rus kilsəsində isə bərpa işləri davam edir.