Şuşada yeni su anbarı istifadəyə veriləcək
Şuşa şəhərində dəniz səviyyəsindən 1 406 metr hündürlükdə, iki hissədən ibarət yeni su anbarı tikilir. "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı qeyd edib ki, anbarda toplanan su elektrik enerjisi olmadan Şuşa şəhərinə paylanacaq. istənilən qəza zamanı şəhərin su təchizatının fasiləsiz davam etməsini təmin edəcək. Yeni anbar bu ilin sonuna kimi istifadəyə veriləcək.
Vüsalə Cənnətova