Şuşada iyunun 30-da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşü keçiriləcək.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, tədbirdə TDT-nin baş katibi, eləcə də Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın aidiyyəti qurum rəhbərləri iştirak edəcəklər.Görüşdə türk dövlətləri arasında dini sahədə əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.Toplantının əsas gündəm mövzularından biri dini məsələlər üzrə dövlət qurumlarının əməkdaşlıq mexanizminin yaradılmasıdır. Görüşün sonunda əldə olunan razılaşmaları əks etdirən kommünikenin imzalanması gözlənilir.
24 iyun 2026

