Şuşada təşkil olunan ilk beynəlxalq şahmat turnirində bu gün növbəti görüşlər keçiriləcək
3-cü yarış günündə rapid üzrə daha 4 tur oynanılacaq. Kişilərin mübarizəsində VI tur Teymur Rəcəbov - Şəhriyar Məmmədyarov dueli ilə əlamətdar olacaq. 5 qarşılaşmadan sonra 10 xalla turnir cədvəlinə başçılıq edən Məmmədyarov qara, 5 xalla 5-ci sırada yer alan Rəcəbov isə ağ fiqurlarla mübarizə aparacaq. Turnirə sentyabrın 24-də yekun vurulacaq.