Şuşada qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb
2020-12-16 14:00
Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb. İlkin olaraq 60 nəfərə qədər heyətdən ibarət və 6 əsas istiqamət üzrə fəaliyyət göstərəcək işçi qrupuna müxtəlif sahələri təmsil edən qurumların mütəxəssisləri cəlb edilərək müvafiq tapşırıqlar verilib. İşçi qrupunun vəzifələrdən biri Şuşanın ərazi və şəhərsalma vəziyyətinin, o cümlədən binaların dayanıqlılığının, arxitektura görünüşünün, yolların və digər infrastrukturun dəyərləndirilməsi və bərpası ilə bağlı geniş təkliflərin
hazırlanmasıdır.
Nərgiz Camal