Şuşada mina partlayıb, yaralı var
Bu gün saat 11:15 radələrində Şuşa şəhəri, Tar sexi ərazisində mina partlayıb. Elektrik təsərrüfatı sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibov ayağından xəsarət alıb. O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib. Araşdırma aparılır.
Fərid Mehdiyev