Şuşada Mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb
2021-11-22 10:00
Bu gündən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi” proqramının tətbiqinə başlayıb. Şuşa Qoruq İdarəsindən verilən məlumata görə, proqram sənədlərin icrasında operativliyin və effektivliyin artması, müvafiq dövlət qurumları ilə rabitənin möhkəmlənməsinə töhfə verəcək.
Fərid Mehdiyev